Skeytbordinq həvəskarlarının sayı artır [Video]

Your browser doesn’t support HTML5

Skeytbordinq Kaliforniyada XX əsrin ortalarında meydana gəlib. Bu idman növünü dalğalar üzərində sürüşmədikləri vaxt nə ilə isə məşğul olmaq istəyən sörferlər yaradıb. Skeytbordinq həvəskarlarının sayı illərlə atıb və dünya boyu yayılıb. Bu idman növü getdikcə müxtəlif formalarda və üslublarda nümayiş edilir.

Camon Makkenzinin ləqəbi “Psixo”dur. “Mənim dəli hərəkətlər etməyimin səbəbi çoxlarının bunu edə bilməməsidir” deyə, Camon Makkenzi bildirir.

Makkenzi bu idman növü ilə uşaq ikən maraqlanmağa başlayıb. O, fiqurlu konkisürənlərin hərəkətlərini, tullanaraq yerə enmələrini skeytbordun üzərində etmək qərarına gəlib. “Mən elə bilirdim ki, insanların ayaqları altında yapışqan var və onlar buna görə havaya tullanaraq yerə düşəndə dayana bilir. Lakin sonradan başa düşdüm ki, bu, böyük əmək tələb edir.”

Skeytbordinqlə müxtəlif mənşəli insanlar məşğul olur. Doqquz dostdan ibarət “Milk Squad” qrupunun üzvü Eli Hiçin də özünəməxsus texnikası var. “Biz bir-birimizə müxtəlif fənlər öyrədirik. Biri bir fənd düşünür, digəri başqasını və biz bir-birimizə yardım etməyə çalışırıq.”

Bu skeyterlər hər gün məşq etmək üçün Baltimordakı “Karrol” parkında toplaşır. Bu qrupa “Bodymore Skateboard” şirkəti sponsorloq edir. Şirkət onları skeytbordlar, papaq və köynəklərlə təmin edir.

Qrupun lideri “Tako” ləqəbli Camal Kottman ilk dərsləri konkilər üzərində öyrəndiklərini deyir. Əsas məsələ isə skeytbordinq üçün münasib yerin tapılmasıdır. “Skeytbordinq üçün parkların sayını artırmaq lazımdır. Bu, çox sayda gənci pis işlərdən uzaq tutar. Mən ozüm haqda deyə bilərəm ki, çox problemdən uzağam.”

Stefani Mordak 10 il əvvəl skeytbordinqlə məşğul olmağa başlayanda təlim üçün skeyt-park tapa bilmirdi və o, park salmaq üçün qeyri-kommersiya təşkilatı yaratdı. “Mən təsəvvür edə bilməzdim ki, təhlükəsiz torpaq sahəsi və bir milyon dollar tapmaq lazım olacaq. Eləcə də icma ilə əlaqə qurmaq və onlara skeybordinqin beysbol qədər lazımlı idman növü olduğunu anlatmaq gərək olacaq.”

İkinci parkın tikinti işlərinə artıq başlanıb və gələn yay üçün hazır olacağı gözlənilir.