Human Rights Watch Avropanı Azərbaycana təsir etməyə çağırır

Human Rights Azerbaijan

Avropa liderləri Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları “şərtsiz” azad etməyə çağırmaq üçün Riqa sammiti çərçivəsindəki görüş imkanlarından istifadə etməlidir. Bu barədə Human Rights Watch hüquq-müdafiə təşkilatının məlumatında deyilir.

Mayın 21-22-də Riqada Avropanın 28 ölkəsinin nümayəndəsi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşə biləcək.

“Bu, hökuməti tənqid edənlərin azadlığa buraxılması və fəallara qarşı repressiyalara son qoyulması məsələsini qaldırmaq üçün yaxşı imkandır”, təşkilatın nümayəndəsi vurğulayıb.

“Avropa İttifaqı göstərməlidir ki, hakimiyyət insan hüquqları ilə bağlı vəziyyəti yaxşılaşdırmasa Azərbaycanla yaxın əməkdaşlıq mümkün deyil”, sənəddə deyilir.

Human Rights Watch hesab edir ki, Aİ ölkələri xarici işlər nazirləri Azərbaycan hakimiyyətinin öz vətəndaşlarının hüquq və azadlıqlarını pozmasına “sərt kollektiv cavab” verməli və Avropa Oyunları mərasimlərində iştirakdan imtina etməlidir.