Gürcüstandakı Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Tbilisidə Azərbaycan səfirliyi qarşısında aksiya (Foto Meydan.tv saytınındır)

Azərbaycanın Gürcüstandakı səfirliyi önündə etiraz aksiyası keçirilib. Aksiyaya Beynəlxalq Hüquq Müdafiə təşkilatlarının nümayəndələri, ictimai fəallar və jurnalistlər qatılıb.

Meydan TV-nin məlumatına görə, aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq!" və başqa şüarlar qaldırıblar. Onlar həbs edilən jurnalistlərin, hüquq müdafiəçilərinin, blogerlərin, dindarların və fəalların azadlığını tələb ediblər.

Aksiyada Çexiyanın “İnsan Haqları Ligası” təşkilatı, Praqanın və Belorusun vətəndaş cəmiyyətinin fəalları iştirak edib.