Azərbaycanın Belçikadakı səfirliyi qarşısında siyasi məhbuslara azadlıq piketi

Belçikada piket

Bir sıra beynəlxalq təşkilatların təmsilçiləri noyabrın 17-də Azərbaycanın Belçikadakı səfirliyi qarşısında piket keçirib.

Turan agentliyinin məlumatına görə piketçilər Azərbaycandakı siyasi məhbusların və həbs edilmiş hüquq müdafiəçilərinin azad edilməsini tələb edib.

Nümayişçilər həbs edilmiş hüquq müdafiəçiləri Leyla Yunusun, Rəsul Cəfərovun, İntiqam Əliyevin və başqalarının portretlərini qaldırıb.