"Siyasi Məhbuslarsız Azərbaycan Alyansı" [Audio]

Keçmiş vicdan məhbusu Arif Hacılı

Keçmiş vicdan məhbusu Arif Hacılı deyir ki, adamın həbsxanada özünü insan kimi hiss etməsinə imkan verən heç nə yoxdur
Cəmiyyət totalitarizm irsindən xilas olmalıdır, deyə Siyasi Məhbuslarsız Azərbaycan Alyansının təsisçilərindən olan keçmiş vicdan məhbusu Arif Hacılı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.

Your browser doesn’t support HTML5

Arif Hacılı ilə müsahibə


Müsavat Partiyasının İcra Aparatının rəhbəri olan Hacılı dəfələrlə məhkum olunub və müxtəlif istintaq təcridxanalarında və həbsxanalarda uzun zaman keçirib.

Onun sözlərinə görə, ən pis saxlanma şəraiti 14 saylı cəzaçəkmə müəssisəsindədir, burada nə münasib sanitar şərait, nə də yaşamaq üçün başqa heç nə yoxdur.
Ətrafda daş karyerləri, daşdoğrayan maşınlar var və il boyu oradan məhbusların və işçilərin ağ ciyərlərinə toz gedir. Təsadüfi deyil ki, siyasi məhbusların və vicdan məhbuslarının əksəriyyətini ilk müddət üçün məhz oraya göndərirlər.

Sovet dövründə müharibədən sonra 100 azyaşlı cinayətkar üçün nəzərdə tutulmuş 16 saylı cəzaçəkmə müəssisəsi bu qədər pis olmasa da, köhnədir və şəraiti yoxdur. Bu gün orada 600-700 yaşlı insan saxlanır.

Həbsxana rəhbərliyinin münasibətinə gəlincə, Hacılı bildirib ki, “yuxarıdan” sifariş yoxdursa, məhbusa toxunmurlar. Məhbuslar özləri “ideya” və ya siyasi məhbuslara yaxşı münasibət göstərirlər. İstehzalı çıxsa da, siyasi məhbusların olması həbsxanalardakı şəraitə və insan amilinə müsbət təsir göstərir.

Cinayətkar aləm vətəndaşların niyə məsuliyyətə cəlb edildiyini və istintaqın dəlil bazasının nədən ibarət olacağını bilir.

Bu gün daha geniş və işıqlı kameraları olan, məhbuslarla ağzına qədər doldurulmayan müasir istintaq təcridxanaları tikilir. Rayonlarda penitensiar müəssisələrin tikintisində də müsbət məqamlar var.

“Lakin vəziyyəti SSRİ dövrü ilə deyil, Avropa ilə müqayisə etmək daha yaxşı olardı. Orada həbsxanalar məhbusun təcrid edilməsi üçün deyil, tərbiyə olunması və onun ailəsinə və cəmiyyətə normal bir şəkildə qayıtması üçün şərait yaradılması üçün nəzərdə tutulub. Bizim penitensiar sistemdə psixoloqlar, maraqlar üzrə dərnəklər, sənaye vahidləri, idman, mədəni-maarifləndirici tədbirlər və insanların həbsxanada belə özünü insan kimi hiss etməsinə imkan verən başqa heç nə yoxdur”, deyə o bildirib.

Yerli məhkəmələrdən müsbət nəticə almayan siyasi məhbuslar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edir və iddiaları

Orada sübuta yetir. Lakin itirilən illərə, mənəvi ziyana görə kompensasiyalar həddindən artıq azdır, deyə Hacılı fikrini yekunlaşdırıb.