Azərbaycanın daxili işlər naziri İrana səfər edib

Azərbaycanın daxili işlər naziri Ramil Usubov sentyabrın 24-də İrana səfər edib.

AZƏRTAC dövlət agentliyi bildirir ki, səfər çərçivəsində nazir Ramil Usubov İranın daxili işlər naziri Əbdülrza Rəhimi Fəzli və Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Şamxani ilə görüşüb.

Görüşlərdə qarşılıqlı əlaqələrin perspektivləri, narkotik maddələrin qaçaqmalçılığına və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə məsələləri müzakirə edilib.

Ramil Usubovun İran parlamentinin sədri Əli Laricani və kəşfiyyat naziri Seyid Mahmud Ələvi ilə də görüşəcək.