Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilir

Müstəqil Dövlətlər Birliyi

İyulun 20-də Bakıda MDB-yə üzv ölkələrin Daxili İşlər Nazirləri Şurasının iclası açılıb.

Tədbir iştirakçılarını birinci vitse-prezident Mehriban Əliyeva qəbul edib.

Bundan əvvəl dövlət başçısı İlham Əliyev iclas iştirakçılarına müraciəti oxunub. O, MDB ölkələrinin güc qurumlarının beynəlxalq terrorizm və transmilli cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığının səmərəli olduğunu bildirib.

"Müasir qloballaşma şəraitində ayrı-ayrı ölkələrin, regionların və bütünlükdə dünyanın təhlükəsizliyi üçün çağırışlar artır, bu çağırışlar çox mürəkkəb və təhlükəli xarakter daşıyır. Buna görə güc orqanları daim qabaqlayıcı tədbirlər görməli və vəziyyətə adekvat reaksiya verməyə hazır olmalıdırlar", Əliyevin müraciətində bildirilir.