Müxalifət Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edib

Müsavat Partiyasının rəhbərləri

Mayın 27-də Müsavat Partiyasının təşkilatçılığı ilə Bakıdakı Səttar Bəhlulzadə adına mədəniyyət sarayında Azərbayca Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bayram toplantısı keçirilib.

Müxalifət liderləri AXC-nin 100 illik yubileyini qeyd edir

Müsavat Partiyasının məlumatına görə, toplantıda Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər, Milli Şuranın sədri Cəmil Həsənli, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, REAL partiyasının təmsilçisi Natiq Cəfərli, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və digər siyasi partiya rəhbərləri, istiqlalçı millət vəkilləri, tanınmış ziyalılar və media təmsilçiləri, müxalifət fəalları iştirak edib.

Çıxışlarda Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının xalq qarşısında xidmətlərinin əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və indiki iqtidarın buna münasibəti, ölkədə cümhuriyyət dəyərlərinə münasibət və müxalifətin qarşısında duran vəzifələrdən bəhs edilib.