“Azərbaycan Xalq Cümhuriyyəti 100 il sonra: Tariximizi qeyd edərək gələcəyə baxırıq” - Uilyam R. Qil

Uilyam R. Qil

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam R. Qil AXC-nin 100 illiyi münasibəti ilə məqalə yazıb. Məqaləni təqdim edirik.

Azərbaycan Xalq Cümhuriyyəti öz dövrünə görə fövqəladə idi və onun 100 illik yubileyi bizə öyrənilməyə, yadda qalmağa və hörmətə layiq olduğunu xatırladır. Birinci dünya müharibəsindən sonrakı qeyri-sabit dövrdə yeni respublikanın mövcudluğu faciəvi şəkildə qısa olsa da, bu tarix yalnız Azərbaycan üçün deyil, dünya üçün vacibdir.

Paris Sülh Konfransında Azərbaycan nümayəndələri 28 May 1919-cu ildə görüşdükləri zaman Amerikanın prezidenti Vudrou Vilsonda uzunmüddətli təəssürat yaratdılar. Sonralar prezident Vilson Azərbaycan nümayəndə heyətini öz çıxışlarında tez-tez xatırlaması təəccüb doğurmur. Xüsusən, prezident Vilson Azərbaycan nümayəndələrinin onun dəyərlərinə yaxın dəyərlərə sahib olduqlarını qeyd etmişdi. Onlar haqqında danışarkən o qeyd etmişdi: “Mən fikirlərə, azadlıq anlayışlarına, haqq və ədalət konsepsiyalarına gəldikdə eyni dildə danışdığım insanlarla söhbət etdim”.

Azərbaycan Xalq Cümhuriyyəti qadınlara bərabər siyasi hüquqlar verən əhalisinin böyük əksəriyyəti müsəlman olan ilk dövlət, əslində isə dünyanın ilk ölkələrindən biri idi.

Prezident Vilsonun Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını alqışlamaq üçün əsası var idi ki, bu ideallar Cümhuriyyəti zamanının lideri etmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları dəyərləri Amerika Birləşmiş Ştatlarının dəyərləri ilə uzlaşan bir ölkə düşünürdülər. Onlar ölkənin təməl sənədlərində etnik mənşəyi, dini, sinfi və ya cinsindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar təmin edən bu dəyərləri təsbit etdilər. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara bərabər siyasi hüquqlar verən əhalisinin böyük əksəriyyəti müsəlman olan ilk dövlət, əslində isə dünyanın ilk ölkələrindən biri idi. Bundan əlavə, Azərbaycanın ərazisində ilk müasir universitetin – Bakı Dövlət Universitetinin yaradılması yeni respublikanın təhsilə verdiyi dəyərin nümayişi idi. Bu dəyərlər – bərabərlik, tolerantlıq və təhsilə erkən diqqət, Azərbaycan Demokratik Respublikasını yalnız gələcəyə baxan əsaslı proqressiv ölkə kimi səciyyələndirdi. Bunlar ruhlandırıcı nailiyyətlərdir.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndə və Azərbaycan xalqı yenicə qazandıqları azadlıq və müstəqilliklərindən bəhrələnə biləcəkləri yeni bir dövlət formalaşdırmağa çalışanda, onun liderləri Azərbaycan Xalq Cümhuriyyətinə yolgöstərən işıq kimi baxırdılar.

Amerika Birləşmiş Ştatları hələ də öz bani atalarına baxır. Amerikalılar təməl sənədlərimizdə – Müstəqillik Bəyannaməsi və ABŞ Konstitusiyasında qorunan əsas dəyərlərdən qüvvət alırlar. Bizim çətinliklə qazandığımız azadlıq və müstəqillik amerikalıların bu gün bəhrələndikləri çiçəklənən cəmiyyəti – canlı və etibarlı bir ölkəni, fikir ayrılığı və müzakirələrə açıq, bizi xarakterizə edən tarix, mədəniyyət, inanc və prinsipləri ilə birləşən fərqliliklərə dəyər verən bir cəmiyyəti bizə bəxş etdi.

Tolerantlıq, inklüzivlik, müxtəliflik, təhsil, bərabərlik və demokratik təmsilçilik ölkəmiz üçün daha gözəl gələcək düşünəndə ABŞ-ın istinad etdiyi əsas dəyərlər olaraq qalır. İnanıram ki, bu dəyərlər ADR-in təsisçiləri Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçübaşov və Fətəli Xan Xoyski kimi azərbaycanlıların da qiymət verdikləri dəyərlərdir.

Bu dəyərlər 1918-ci ildə olduğu kimi bu gün də Azərbaycanda və ABŞ-da aktual olaraq qalır. Tolerantlıq, inklüzivlik, müxtəliflik, təhsil, bərabərlik və demokratik təmsilçilik ölkəmiz üçün daha gözəl gələcək düşünəndə ABŞ-ın istinad etdiyi əsas dəyərlər olaraq qalır. İnanıram ki, bu dəyərlər ADR-in təsisçiləri Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçübaşov və Fətəli Xan Xoyski kimi azərbaycanlıların da qiymət verdikləri dəyərlərdir.

Ortaq dəyərlərimiz və onlara davamlı hörmət uzun dostluğumuzun əsasını təşkil edir. Amerika Birləşmiş Ştatları ortaq maraqları, dəyərləri və arzuları bölüşən ölkələrlə ən dərin əməkdaşlıq qurur. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunmasına qoşulur və ona görə, azərbaycanlılar özləri üçün və Azərbaycan üçün daha çox inkişaf edən, müstəqil və demokratik bir gələcək qurarkən biz onları dəstəkləməyə davam edəcəyik.