Müsavat AKM-in Almaniyada Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edib

Müsavat AKM-in Almaniyada Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edib

Mayın 19-da Almaniyanın Frankfurt şəhərində Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bayram tədbiri keçirilib.

Müsavat Partiyasının məlumatında deyilir ki, tədbirdə Müsavat AKM-in sədri İlham Həsənin, Müsavat Partiyasının başqanı Arif Hacılının və digərlərinin çıxışlarında Xalq Cümhuriyyətinin ölkəyə gətirdiyi demokratiya və azadlıqlardan danışılıb, Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının xatirələri anılıb.

Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Türkiyədə Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal və Milli Strateju Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər toplantıya telefon vasitəsilə qatılıblar.