Azərbaycanda 89 Hindistan vətəndaşı saxlanılıb

Yanvarın 29-31-i və fevralın 1-də Bakı şəhəri Sabunçu və Binəqədi rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 Hindistan vətəndaşı saxlanılıb.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin məlumatında deyilir.

Məlumata görə, araşdırma zamanı həmin əc­nəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkə­də viza müd­də­ti­nin bit­diyi, 19 nəfərin Azərbaycana gəlişlərinin bəyan edil­miş məqsədlərini poz­­duq­ları və 1 nəfərin qey­diy­yat ünvanı üzrə yaşamadığı aşkar edil­ib.

Mü­tə­şək­kil qrup üzvləri ölkə ərazisinə gətirilən Hindistan və­tən­­daş­la­rı­na iş və təhsil əsası ilə müvəqqəti yaşama icazəsi almaq adı altında hər birindən 400-500 ABŞ dol­ları məbləğində pul alıb və onların Azər­­baycanda leqal­­laş­dı­rıl­ma­sını təmin edə­cək­lərini vəd verib.

Qeyd edilən əcnəbilərin işlə təmin etmək adı altında aldadılaraq Azər­bay­cana gə­tiril­mə­sini Hindistan vətəndaşı Mohammad Sakirin öz həmvə­tən­ləri Alimuddin Shaikh, SK Allarakha, Pathan Junedkhan Mu­kimkhan və Pa­kistan vətəndaşı Sajid Fraz ilə əlbir olaraq təşkil et­di­yi mə­­lum olub.

Təşkilatçılardan Mohammad Sakirin sonuncu dəfə Azərbaycana yanvarın 14-də işgüzar səfər məqsədi ilə gəldiyi müəyyən edilib. Digər təşkilatçılar P.J.Mukimkhanın ölkəyə sonuncu dəfə noyabrın 25-də da­xil olduğdu, Sajid Frazın Azərbaycan vətəndaşı ilə nikah əsa­sın­da aprelin 30-dan müvəqqəti yaşama icazəsi vəsiqəsinin olduğu məlum olub.

Keçirilmiş tədbirlər nəticəsində neqativ kanala təşkilatçılıq edən Mo­hamed Sakir, Pathan Junedkhan Mukimkhan, Alimuddin Shaikh saxlanılıb. O cümlədən digər qrup üzvü “Mun­na” ləqəbli SK Allarakha məsuliyyətdən yayınmaq məqsədilə yanvarın 31-də ölkə əra­zi­sini tərk etməyə cəhd edərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda sax­la­nıl­ıb və Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə yer­ləş­di­rilib.

Dövlət Miqrasiya Xidməti

Qeyd olunan mü­tə­şək­kil qrup üzvləri ölkə ərazisinə gətirilən Hindistan və­tən­­daş­la­rı­na iş və təhsil əsası ilə müvəqqəti yaşama icazəsi almaq adı altında hər birindən 400-500 ABŞ dol­ları məbləğində pul alıb və onların Azər­­baycanda leqal­­laş­dı­rıl­ma­sını təmin edə­cək­lərinə vəd verib. Onlar Azərbaycana gətirilməsini təşkil etdikləri əcnəbilərdən bəziləri ilə saxta əmək müqaviləsi bağlayıb, neft bu­ruq­­­la­rın­da işə dü­­zəltdiklərinə dair şəkillərini paylaşıb, həmin əcnəbilərə əmək haq­qı adı al­tında 600 manat məb­ləğində ödəniş edib və digər Hindistan vətəndaşları üçün reklam edərək pul qa­zanıb­lar. Təşkilatçılar öz həm­vətən­lə­rini dələduzluq yolu ilə vəsaitlərini mənim­sə­yib və hə­­min əc­nə­bilərin ölkə ərazisində qanunsuz miq­ran­ta çev­ril­mə­lərinə şərait yaradıb.

O cümlədən Sajid Frazın həyat yoldaşı Azərbaycan vətəndaşı Fraz (Qasımova) Günel İlqar qızı əcnəbilərin universitetlərə qəbul edilmələrini təşkil edəcəyini vəd edib.

Bundan əlavə, bir qism Azərbaycan vətəndaşı əcnəbilərə yaşayış yeri təşkil edilməsində iştirak edib.

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirlərin da­vam etdiriləcəyini bildirir.