Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək. Səfər əsnasında Moskva şəhərində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, noyabrın 20-də Rusiya xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfər edəcək.