Sentyabrın 18-də prezident İlham Əliyev Nyu-Yorkda “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbirdə iştirak edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.
Forumda ABŞ prezidenti Donald Tramp çıxış edib.
BMT-də islahatlara ehtiyacın olduğunu deyən ABŞ prezidenti vurğulayıb ki, bürokratiya və qeyri-səmərəli idarəçilik BMT-yə tam gücü ilə çalışmağa imkan vermir.
BMT-nin Baş katibi Antonio Quterreş dünyada çoxlu sayda insanın münaqişələrdən, aclıqdan əziyyət çəkdiklərini bildirib.
“Bu insanların yardımımıza ehtiyacı var. Biz qurumda ciddi islahatlar həyata keçirilməli, işimizi daha səmərəli icra etməliyik. Biz qlobal təşkilatıq və insanların bizə olan etimadını doğrultmalıyıq”, Quterreş vurğulayıb.