ABŞ səfirliyi qarşısında insident olub

ABŞ səfirliyi

ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib.

APA agentliynin məlumatına görə, naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.

Nəsimi rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini Əli Quliyev olduğu müəyyən edilib. Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb.