İyunun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənclər təşkilatının fəalı Fuad Əhmədlinin işi üzrə proses davam edib.
Dovlət ittihamçısı müxalifət fəalının 7 il azadlıqdan məhrum edilməsini istəyib.
F. Əhmədli 2016-cı ilin avqustunda həbs olunub. O, operator işlədiyi "Azerfon" şirkətində (Nar Mobile) bir neçə nəfərin şəxsi məlumatlarını başqasına ötürməkdə ittiham olunur.
Ancaq vəkil bildirib ki, məhkəmə zamanı bu ittihamlar öz təsdiqini tapmayıb və istintaqın "zərərçəkən" kimi tanıdığı şəxslər müttəhimə heç bir iddia irəli sürməyiblər.
"Zərərçəkənlər"dən biri Məhəmməd Quliyev özü dələduzluq ittihamı ilə axtarışda olub və belə bir adamın ifadəsinə inanmaq olmaz, vəkil Əsabəli Mustafayev qeyd edir.