İran Azərbaycanından növbəti iki milli fəal, Məhsa Mehdili və Musa Bərzin Xəlifəli siyasi təqiblərin vüsət aldığı İslam Respublikasını tərk etmək məcburiyyətində qalıblar. Bu barədə məlumatı artıq mühacirətdə olan fəallar Amerikanın Səsinin müxbiri İnsafəli Hidayətə bildiriblər.
Məhsa Mehdili siyasi və mədəni fəal olaraq uzun müddət Türkiyədə çalışmışdır. O, İran Azərbaycanı ilə əlaqədar məlumatları xarici media orqanlarına xəbər və müsahibələr şəklində yayıb.
Bu yaxınlarda universitet sənədlərinin surətini əldə etmək məqsədilə Urmiyə şəhərinə qayıdan Məhsa xanım həbs olunub. Türkiyədəki fəaliyyətinə görə Ettealat tərəfindən saxlanılaraq 16 gün sorğu-sual edildikdən sonra milli fəal 50 milyon tümən həcmində cərimələnərək müvəqqəti azadlığa buraxılıb.
Az keçməmiş məhkəmənin qərarı ilə Məhsa xanım bir il azadlıqdan məhrum edilib. Məhkəmə qərarından az sonra Məhsa Mehdili doğma yurdunu tərk edib.
Musa Bərzin Xəlifəli vəkil olaraq həbsə alınmış azərbaycanlı fəalları İslam Respublikasının məhkəmələrində müdafiə edib. Fəaliyyəti ilə əlaqədar saxlanmış və daha sonra iki ay Təbriz həbsxanasında cəza çəkmiş cənab Xəlifəli bu yaxınlarda 27 aylıq həbs cəzasına məhkum olunub.
Musa Bərzin Xəlifəlinin İran məhkəmələrində 50-dən çox azərbaycanlı siyasi və mədəni fəalları müdafiə etdiyi deyilir.
Məhsa Mehdili və Musa Bərzin Xəlifəli hazırda Türkiyədədirlər.