Ali Məhkəmə Rəsul Cəfərovun kassasiya şikayətini təmin etməyib [Video]

Rəsul Cəfərov

Rəsul Cəfərov məhkəmədə iştirak edib

Azərbaycan Ali Məhkəməsi hüquq müdafiəçisi Rəsul Cəfərovun kassasiya şikayətini təmin etməyib.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Məhkəmədə Rəsul Cəfərov da iştirak edib.

İyulun 31-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı hökmü dəyişdirib. Rəsul Cəfərov vergi borcunu ödədiyi üçün işindəki vergidən yayınma ilə bağlı ittihama xitam verilib. 6 il 6 aylıq cəzası 6 il 3 aya endirilib.

Rəsul Cəfərov 2 avqust 2014-cü ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Sonradan onu həm də mənimsəmə və vəzifə saxtakarlığında ittiham ediblər.

Rəsul Cəfərov ittihamları qəbul etmir və həbsini siyasi sifariş sayır.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onu “vicdan məhbusu” elan edib.

Your browser doesn’t support HTML5

Ali Məhkəmə Rəsul Cəfərovun kassasiya şikayətini təmin etməyib. Vəkil Xalid Bağırov şərh edir