Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə verməyib

Bakı Şəhər İcra Hakimiyyəti

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) noyabrın 24-ü Qarabağ məsələsi ilə bağlı mitinqin keçirilməsinə razılıq verməyib.

Bu barədə mitinqin təşkilatçısı olan Qarabağ Komitəsindən bildiriblər.

Məlumata görə,noyabrın 1-də quruma Bakı Şəhər İcra Hakimiyyətindən cavab məktubu daxil olub.

Qarabağ Komitəsi BŞİH-in cavabından razı qalmayıb. Mitinqlə bağlı sonrakı addımlar barədə komitədə müzakirələrdən sonra qərar veriləcək.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər erməni silahlı birləşmələrinin nəzarətinə keçib.

1992-ci ildə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu həlli üçün danışıqlar başlayıb. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.