Türkiyə parlamentinin spikeri Azərbaycana gələcək

Türkiyə parlamentinin spikeri Binəli Yıldırım

Türkiyə parlamentinin spikeri Binəli Yıldırım avqustun 28-də Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Türkiyə Böyük Millət Məclisinin mətbuat xidmətinin məlumatında deyilir.

Səfərin proqramı açıqlanmır.

Rəsmi Bakı hələlik Binəli Yıldırımın səfəri barədə məlumat yaymayıb.