Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan məsələləri üzrə xüsusi nümayəndəsi Toyvo Klaar iyulun 30-da Azərbaycana gələcək.
Aİ-nin Bakı nümayəndəliyindən Amerikanın Səsinə bildiriblər ki, T.Klaar Azərbaycanın rəsmi şəxsləri ilə tərəflər arasında əməkdaşlıq məsələlərini, həmçinin regionda təhlükəsizlik problemi və Qarabağ nizamlanması ətrafında vəziyyəti müzakirə edəcək.