Müsavat fəalları Rəsulzadəni anıblar [Video]

Your browser doesn’t support HTML5

Müsavat Partiyasının üzvləri Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Cümhuriyyət gününü qeyd etməyə toplaşıb

Müsavat Partiyasının üzvləri Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Cümhuriyyət gününü qeyd etməyə toplaşıb.

Himn səsləndirilib, daha sonra çıxışlar başlanıb.

Partiyanın keçmiş başqanı İsa Qəmbər deyib ki, Cümhuriyyət yaranmasaydı, Azərbaycanın gələcəkdə müstəqil olmamaq təhlükəsi vardı.

Müsavat

Keçmiş başqan Müsavat Partiyasının qurucusu Rəsulzadənin son nəfəsinə qədər mübarizə apardığını, onun «müstəsna» nümunəsini xatırladıb.

İ.Qəmbər 1918-ci ildə qurulan Cümhuriyyətin də, 1993-cü ildə Əbülfəz Elçibəyin başçılıq etdiyi «ilk milli hakimiyyət»in də Rusiyanın dəstəyi ilə devrildiyini deyib.

O, Cümhuriyyət yoluna, onun dəyərlərinə sadiqlikdən, bu mübarizəyə inamdan da danışıb: «İnamımız olmalıdır ki, azadlıqlar, haqq-ədalət, insan azadlıqları təmin olunacaq, ərazi bütövlüyü bərpa olunacaq. Buna əsla şübhə olmamalıdır. Qələbəyə inam şəksiz olmalıdır».

Müsavat

İ.Qəmbər çıxışının sonunda «Cümhuriyyət qurucularına borcumuzu ödəməliyik» söyləyib. O, mübarizəni davam etdirəcəyinə and içib. Onunla bərabər meydandakılar da and içərək, "Azərbaycan" şüarını səsləndiriblər.

Daha sonra Müsavat başqanı Arif Hacılı və digər ictimai-siyasi fəallar nitq söyləyərək AXC qurucularının yaratdıqları demokratik dəyərlərdən danışıblar.