Stefan Şennak: Hakimiyyətə ifadə azadlığına siyasi mühit yaratmaq üçün müraciət edirəm

Stefan Şennak

"Həmməruzəçi kimi Azərbaycan hakimiyyətindən seçkiqabağı ifadə azadlığı üçün siyasi bir mühit, şərait yaratmaq üçün müraciət edirəm”.

Bu barədə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak (Stefan Schennach) özünün Twitter bloqunda yazıb.

O, martın 10-da müxalifətin birgə mitinqindən öncə 6 nəfərin inzibati həbs almasından narahat olduğunu bildirib.

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycanın aparıcı müxalifət partiyaları seçkiləri boykot edib. Martın 10-da Milli Şura, AXCP və Müsavat partiyası birgə etiraz mitinqi keçirib.