Asim Mollazadə: Azərbaycanla ABŞ birgə yol xəritəsi hazırlamalıdır [Audio-müsahibə]

Asim Mollazadə

Azərbaycan-ABŞ parlamentlərarası dostluq qrupunun üzvü Amerikanın Səsinə müsahibəsində USAİD rəsmisinin bəyanatlarına münasibət bildirib

Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası dostluq qrupunun üzvü Asim Mollazadə Amerikanın Səsinə müsahibəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birmanın "Azərbaycanda USAİD-in fəaliyyəti üçün qapılar açıq deyil", USAİD-in tərəfdaş QHT-lərinin dövlət qeydiyyatına alınması və vergi məsələlərinin həllindəki problemlərlə bağlı bəyanatlarına münasibət bildirib. Cənab Birman fevralın 28-də Bakıda Azərbaycanın yüksək rəsmiləri ilə apardığı danışıqların yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bu bəyanatları verib.

Amerikanın Səsi: Dünən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəsmi nümayəndəsi elan etdi ki, Azərbaycanda Beynəlxalq İnkişaf Agentliyinin işləməsi üçün qapılar açıq deyil. Münasibətiniz necədir ?

İlk növbədə qapıların ikitərəfli istiqamətdə açılması üzərində işləmək hər iki ölkənin marağlarına uyğundur.

Asim Mollazadə: Mənə elə gəlir ki, bu məsələnin üzərində işləməyə dəyər. Tələsməyə ehtiyac yoxdur. Azərbaycan Amerika ilə bir neçə sahədə tərəfdaşlıq münasibətlərindədir. Burada ilk növbədə təhlükəsizlik məsələlərini qeyd etmək istəyərdim. Enerji təhlükəsizliyi ilə bağlı Amerikanın verdiyi mənəvi dəstəyi qiymətləndirərdim. O ki qaldı sizin dediyiniz dəstəyə və əməkdaşlığa mənə elə gəlir ki, hər iki tərəf öz proqramları üzərində işləməlidir. Hansısa bir yol xəritəsi hazırlamalıdır. Cənab Birmanın kəskin formada ifadə elədiyi fikirləri ilə mən razı deyiləm. Düşünmürəm ki, ümumiyyətlə hər zaman bağlı qapılardan danışmaq lazımdır. İlk növbədə bu qapıların ikitərəfli istiqamətdə açılması üzərində işləmək mənə elə gəlir ki, hər iki ölkənin marağlarına uyğundur.

Asim Mollazadə: Cənab Birman bildirdi ki, konkret olaraq onların iki təklifi var idi. Tərəfdaş olduqları vətəndaş cəmiyyətlərinin qeydiyyatı və vergi məsələlərin həlli. Bu məsələlərə münasibətiniz necədir?

Your browser doesn’t support HTML5

Asim Mollazadənin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan özü ehtiyaclardan irəli gələrək təkliflər verməlidir. Müəyyən qədər təəccüb doğurur ki, onlar bu sahələri seçirlər. Bəlkə o istiqamətdə Azərbaycanın ehtiyacı yoxdur.

Amerikanın Səsi: Mənə elə gəlir ki, hər iki istiqamətdə işləmək mümkündür. Sadəcə olaraq, bu təkliflərin Azərbaycanda hansı sahədə inkişafı daha yaxşı olardı. Daha yaxşı olardı ki, Azərbaycan özü ehtiyaclardan irəli gələrək təkliflər verməlidir. Müəyyən qədər təəccüb doğurur ki, onlar bu sahələri seçirlər. Bəlkə o istiqamətdə Azərbaycanın ehtiyacı yoxdur. Gəlib işləmək lazımdır. Format, sahələr müəyyənləşməlidir. Mən əminəm ki, digər istiqamətlərdə olduğu kimi bu istiqamətdə də Azərbaycan- Amerika tərəfdaşlığı və əməkdaşlığı qurula bilər.

Amerikanın Səsi: Son illər ABŞ-ın Azərbaycanda demək olar ki, bütün humanitar təşkilatları ölkəni tərk edib. Yalnız Beynəlxalq İnkişaf Agentliyi qalıb. Bunun da ölkədə fəaliyyətinin dayandırılması Azərbaycan- Amerika münasibətlərinin gələcək perspektivlərinə təsir edə bilərmi?

Gəncliyin yetişdirilməsi, təhsil, sağlamlıq məsələləri, məhz mən bu sahələri seçərdim.

Asim Mollazadə: Düşünürəm ki, yox. Mən bir şeyi xatırlatmaq istərdim ki, bir neçə müddət ABŞ administrasiyasında vaxtilə 907-ci düzəlişin müəllifi olan və müəyyən qədər Amerika təşkilatları ilə sıx əlaqədə olan şəxslər var idi. Mən əminəm ki Azərbaycanın iqtisadi vəziyyəti dəyişdiyinə görə müəyyən qədər ABŞ-ın hümanitar dəstəyinə ehtiyacı azalıb. Şəxsən mən düşünürəm ki, yaxşı olardı ki, ABŞ-ın müvafiq yardımı Azərbaycanın təhsil sistemini Amerikanın təhsil sistemi ilə əməkdaşlığa yönəltsəydi bu gün Azərbaycana daha çox lazım ola bilərdi. Azərbaycanın bu gün səhiyyə sisteminin islahatları istiqamətində Amerikanın təcrübəsinə ehtiyac var. Gəl açıq danışaq ki, bəli, bu gün Amerikanın yardım fondu Ekvatorial Afrikada işlər aparır. Dünyanın çox ağır vəziyyətdə olan ölkələrinə dəstək verir. Amma Azərbaycan Ekvatorial Afrika deyil. Ona görə də Azərbaycanın müasir, demokratik güclü dövlət olması mənim fikrimcə, ən əsası insan amili ilə bağlıdır. Yəni, söhbət gəncliyin yetişdirilməsi, təhsil, sağlamlıq məsələləri, mənim fikrim olsaydı, məhz mən bu sahələri seçərdim.

Amerikanın Səsi : Beynəlxalq İnkişaf Agentliyi isə bəyanatında bildirir ki, onların Azərbaycanda iqtisadi sahədə fəaliyyət göstərməsi üçün imkanlar yoxdur. Buna münasibətiniz.

Cənab Birman bəlkə də bir az tələsib. Bəlkə də bütün vasitələr dərindən araşdırılmayıb.

Asim Mollazadə: Təəccüblənirəm. Çünki biz iqtisadi sahə ilə bağlı BMT-nin bir sıra proqramlarında iştirak edirik. Avropa təşkilatlarının xırda bizneslə, qadın sahibkarlarla bağlı proqramları var. Bu mənada cənab Birman bəlkə də bir az tələsib. Bəlkə də bütün vasitələr dərindən araşdırılmayıb. Bu bətyanatda müəyyən qədər emosianın sezilməsini hiss edirəm.

Amerikanın Səsi: Amma bununla yanaşı Azərbaycan Respublikası beynəlxalq hüquq- müdafiə təşkilatlarının hesabatlarında mətbuat, söz azadlığı sahəsində ən sonuncu yerlərdən birini tutur. Bu sahədə Azərbaycana kömək lazım deyil?

Hansısa emosional bəyanatların verilməsi əvəzinə, bu istiqamətdə tərəfdaşlıq sahəsində düşünmək lazımdır.

Asim Mollazadə: Mənə elə gəlir ki, bu sahə təbii ki, önəmlidir. Ancaq mənim fikrimcə, Azərbaycanın bu yeri tutmağında Azərbaycanı sevməyən çeşidli qüvvələrin əməlləri də var. Bu gün Qərb, Amerika kimi tərəfdaşlardan gözlədiyimiz əsas dəstək - qadınların təhsili, qadınların cəmiyyətdə rolu ilə bağlıdır. Xatırlatmaq istərdim ki, islam və türk dünyasında bu sahədə lider hər zaman Azərbaycan olub. İnsan amilinin inkişafı vacibdir. Hacı Zeynalabdin Tağıyevin bir sözünü xatıralatmaq istərdim. Kişinin təhsili bir insanın inkişafı deməkdir, amma qadının təhsili ailənin inkifaşı deməkdir. Hansısa emosional bəyanatların verilməsi əvəzinə, bu istiqamətdə tərəfdaşlıq sahəsində düşünmək lazımdır.