Robert Sekuta Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərindən danışıb [Video]

Your browser doesn’t support HTML5

Robert Sekuta Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı fikirləri

Azərbaycanda aprelin 11-dəı növbədənkənar prezident seçkiləri keçiriləcək

"Biz hələ bu işin ilkin mərhələsindəyik. Amma, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin Azərbaycana gələcəyi barədə məlumatımız var. Onlar hazırda bu işə hazırlıqlar həyata keçirir".

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Səsinin Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində ABŞ tərəfdən müşahidəçilərin olub-olmayacağı barədə sualına cavabda bildirib.

Səfir ABŞ dövlət katibinin köməkçisinin müavini Bricet Brinkin Azərbaycanda səfərdə olarkən seçkilərlə bağlı müəyyən fikirlər səsləndirdiyini xatırladıb.

"Mən bizim dövlət katibi Reks Tillersonun Misirdəki seçkilərlə bağlı fikirlərinə istinad etmək istəyirəm. O bildirib ki, ABŞ bütün ölkələrdə olduğu kimi, Misirdə də şəffaf və nəticəsinə inanıla bilən seçkilərin keçirilməsinin tərəfdarıdır. Elə bir seçkilər ki, orada hər bir vətəndaşa öz seçimini, öz mövqeyini ədalətlə və azad şəkildə ifadə etmək imkanı yaradılsın. Biz bu məqamlara diqqət yetirərək fikrimizi açıqlayacağıq," səfir qeyd edib.

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək.