Human Rights Watch: Azərbaycan hökuməti tənqidçilərlə mübarizəni gücləndirib

HRW

Human Rights Watch hüquq-müdafiə təşkilatı 2017-ci ildə dünyada hüquq və azadlıqların vəziyyətinə dair illik hesabatını açıqlayıb.

Sənədin Azərbaycana həsr olunmuş bölməsində deyilir ki, hökumət tənqidçilərlə mübarizəni gücləndirib. Siyasi motivli, ədalətsiz məhkəmə proseslərində ən azı 25 jurnalist, siyasi və gənc fəal uzunmüddətli həbs cəzası alıb.

Siyasi motivli, ədalətsiz məhkəmə proseslərində ən azı 25 jurnalist, siyasi və gənc fəal uzunmüddətli həbs cəzası alıb.

Onlarla jurnalist saxlanılıb və ya istintaq altındadır, təqiblərə məruz qalır, onların səfərlərinə qadağalar qoyulub, ya da ölkədən qaçmaq məcburiyyətində qalıb.

Yanvar ayında məhkəmələr ilahiyyatçı Taleh Bağırzadə də daxil olmaqla 18 nəfəri uzun müddətə həbs edib. Həbsdən öncə məhkumlara işgəncə verilib, amansız davranışa məruz qalıblar.

Həmçinin yanvarda Bakı məhkəməsi gənc fəal Elqiz Qəhrəmanı saxta narkotik maddə ittihamı ilə beş il yarım müddətə həbs edib.

Həbsdən sonra polis uzun müddət onun yerini qohumlarına bildirməyib və bir neçə gün vəkildən məhrum edilib. Məhkəmə zamanı E.Qəhrəman deyib ki, polis onu döyüb və onu narkotik maddə saxladığını etiraf etməsi üçün cinsi zorakılıqla təhdid edib. Hakimiyyət isə bu iddiaları araşdırmayıb.

İl ərzində müxalifətyönlü Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç üzvü mühakimə edilib. İyulda məhkəmə qapadılmış “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlini dini ədavətə təhrikdə və vergidən yayınmaqda ittiham edərək həbs edib.

Sosial şəbəkələrdə fəallıq göstərən Fuad Əhmədli şəxsi məlumatlardan sui-istifadə etmək ittihamı ilə dörd il həbs cəzasına məhkum olunub.

Siyasi motivli məhkəmələrdə mühakimə edilmiş onlarla jurnalist və fəal hələ də həbsdədir. Onların arasında “Respublika Alternativi” (REAL) müxalifət hərəkatının lideri İlqar Məmmədov da var.

Yanvarda Bakı məhkəməsi digər AXCP fəalı Fuad Qəhrəmanlını 10 il həbs edib. O, Facebook-da hökuməti tənqid etdiyinə görə dini və etnik ədavət salmaq ittihamı ilə həbs edilib.

Mayda hakimiyyət AXCP sədrinin müavini Gözəl Bayramlını qaçaqmalçılıq ittihamı ilə həbs edib.

Siyasi motivli məhkəmələrdə mühakimə edilmiş onlarla jurnalist və fəal hələ də həbsdədir. Onların arasında “Respublika Alternativi” (REAL) müxalifət hərəkatının lideri İlqar Məmmədov da var.

2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsinin qanunsuz olduğunu tanısa da o, hələ də həbsdədir.

Jurnalistlər Seymur Həzi və Nicat Əliyev, gənc fəallar İlkin Rüstəmzadə, Bayram Məmmədov və Murad Adilov, müxalifətçi siyasətçilər Məmməd İbrahim və Asif Yusifli həbsdədir.

Son iki ildə azad edilən fəalların və jurnalistlərin barəsində hökmlərin heç biri ləğv edilməyib. Bura araşdırmaçı jurnalist Xədicə İsmayılovanın və vəkil İntiqam Əliyevin ölkədən çıxışına məhdudiyyətlər də daxildir.

Fevralda polis Niderlandda yaşayan video-bloger və sosial şəbəkə fəalı Orduxan Teymurxanın 12 qohumunu, o cümlədən 2 azyaşlı qardaşı oğlunu saxlayıb.

Teymurxan onun qohumlarını tutan Bakı polislərindən birinin telefon danışığını yazıb və dərc edib. Növbəti gün hakimiyyət orqanları Teymurxanın böyük qardaşından başqa digərlərini azad edib. Onu isə polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs ediblər.

Oktyabrda parlamentin qəbul etdiyi düzəlişlərə görə, Vəkillər Kollegiyasının üzvü olmayan vəkillərin məhkəmədə iştirakı qadağan edilir ki, bu da siyasi işlərdə iştirak edən hüquqşünasların sayının məhdudlaşdırılmasına şərait yaradır.

Hakimiyyət tənqidçi jurnalistlərə və blogerlərə qarşı uydurma vergi və digər cinayət ittihamlarından istifadə olunmasını davam etdirib.

Tanınmış bloger Mehman Hüseynov guya polisə böhtan atdığına görə iki il müddətinə azadlıqdan məhrum edilib.

AzelTV saytının redaktoru Əfqan Sadıqov iki il yarım müddətinə həbs olunub.

Mayda jurnalist Əfqan Muxtarlı Tbilisidə oğurlanaraq qanunsuz yolla Azərbaycana gətirilib. Onu sərhəddi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham ediblər.

Mayda polis “Kanal 13” TV-nin direktoru Əziz Orucovu həbs edib.

Avqustda Turan agentliyinin direktoru Mehman Əliyev saxta ittihamla həbs edilib.

Azərbaycan hakimiyyəti QHT-lərə qarşı cəza tədbirlərini davam etdirib, onların fəaliyyətini mümkünsüz edib.

Mayda hökumət “Azadlıq” radiosunun Azərbaycan xidməti, “Azadlıq” qəzeti və “Meydan”TV İnternet-resursu daxil olmaqla, bir neçə müxalifət saytına girişi bloklayıb.

Azərbaycan hakimiyyəti QHT-lərə qarşı cəza tədbirlərini davam etdirib, onların fəaliyyətini mümkünsüz edib.

Bəzi QHT liderlərinin ölkədən çıxışına qadağa hələ də qalır.

ABŞ, Avropa İttifaqı və Azərbaycanın digər beynəlxalq tərəfdaşları Bakını tənqid ediblər, lakin insan hüquqları ilə bağlı vəziyyətə effektiv təsir edə bilməyiblər.

Aavropa İttifaqı qanunsuz həbs olunan jurnalistlərin və fəalların azad edilməsinə və QHT-lərə təzyiqlərə son qoyulmasına nail ola bilməyib.

Oktyabrda Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədovun işi ilə bağlı Avropa məhkəməsinin qərarını yerinə yetirmədiyinə görə Azərbaycanın barəsində qərar qəbul edib.

Oktyabrda Avropa Şurası Parlament Assambleyası iki qətnamə qəbul edərək Azərbaycanı tənqidçilərin təqib edilməsinə son qoymağa çağırıb.