Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir [Video]

Elmar Məmmədyarov

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün tarixi hələ məlum deyil

"Həmsədrlər görüşün tarixi ilə bağlı elan verəcəklər. Lakin görüşün gələn il yanvarın ortasında keçirilməsinə dair razılıq var".

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün tarixi hələ məlum deyil.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər BMT tərəfindən Azərbaycanın suverenliyində tanınan Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər erməni qüvvələrinin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Your browser doesn’t support HTML5

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir