Azərbaycan və Türkiyə arasında qərargah danışıqları keçirilib

Müdafiə Nazirliyi

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.

Bu barədə noyabrın 24-ü Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Qonaqlar həmçinin, HHQ-nin hərbi hissələrini ziyarət ediblər.