Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Pakistan

Səfər noyabrın 24-dək davam edəcək

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatın noyabrın 22-dən Azərbaycana səfəri başlayır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər noyabrın 24-dək davam edəcək.