Avropa məhkəməsi İlqar Məmmədovla bağlı ikinci qərarını açıqlayıb

İlqar Məmmədov

Məhkəmə İlqar Məmmədovun "Ədalət mühakiməsi hüququ"nun pozulduğu qənaətinə gəlib

Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun işi ilə bağlı ikinci qərarını elan edib.

Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə təhqiqatı) maddəsi üzrə hüquqlarının pozulduğunu təsdiq edərək, hökmdən verdiyi şikayəti təmin edib və ona 10 min avro ölçüsündə pul kompensasiyası ödənilməsi barədə qərar verib.

Bu barədə onun vəkili Fuad Ağayev bildirib.

Bu, AİHM-nin Məmmədovun işi üzrə ikinci qərarıdır.

Avropa İnsan Hüquqları Məhkəməsi

Konvensiyanın 18-ci maddəsinin (hüquqlara məhdudiyyətin qeyri-legitim məqsədlə qoyulması) isə ayrıca araşdırılmasına ehtiyac olmadığını qeyd edilib.

Vəkil bu qərardan sonra hərəkətləri hakimiyyətdən gözlədiyini dedi.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Sentyabrın 21-də isə Avropa Şurasının Nazirlər Komitəsi İ.Məmmədovla bağlı AİHM-in hökmünün icrasına dair qərar çıxarıb. Deputatlar katibliyə tapşırıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsini AHİM qarısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda Azərbaycana bildirir ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir. Qərarda deyilir ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər.

Strasburqda Avropa Şurasının Nazirlər Komitəsinin qəbul etdiyi qərarda Azərbaycanın diqqətinə çatdırılır ki, Avropa Şurası 46-cı maddə ilə prosedura başlaya bilər.