Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü olacaq

Tehranda İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşü gözlənir

Noyabrın 1-də Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü gözlənilir.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bundan öncə Rusiya prezidentinin İranın dini lideri ayətullah Əli Xamenei və prezident Həsən Ruhani ilə görüşləri olmalıdır.

Səfərdə məqsəd Tehranda bu gün Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitində iştirakdır.

Üç ölkə prezidentinin ilk görüşü 2016-cı ildə Bakıda keçirilib. O zaman dövlət başçıları Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallaşması və bir sıra başqa məsələləri müzakirə ediblər.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, Hindistan və İran arasında 2000-ci ildə olub. Azərbaycan bu layihəyə 2005-ci ildə qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hindistandan, Omandan dəniz vasitəsilə, daha sonra İran, Xəzər regionu, Rusiya və əks istiqamətdə yaradılacaq nəqliyyat-kommunikasiya magistrallarının cəmidir.