Sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə noyabrın 14-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Bu barədə qərar sabiq nazir Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktubla müraciət edərək kassasiya şikayətinə baxılmasında süründürməçiliyə etirazını bildirəndən sonra qəbul edilib. Kassasiya şikayətinə baxılması 3 aydır təxirə salınır.
Müdafiə tərəfi Ali Məhkəmədən İnsanova bəraət verilməsini xahiş edir, deyə vəkili Toğrul Babayev bildirib.
Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan cinayət işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.
2016-cı ilin oktyabrında, həbs müddətinin bitməsinə 56 gün qalmış keçmiş nazirə narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama və hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddələri ilə ittiham irəli sürülüb. 2016-ci ilin aprelində Qaradağ rayon Məhkəməsi onu 7 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
14 mart 2013-cü ildə Avropa Məhkəməsi Əli İnsanovun birinci iş üzrə ədalətsiz şəkildə cəzalandırılması barədə qərar qəbul edib. Amma təkrar istintaq zamanı ittiham qüvvədə saxlanılıb.