Prezident İlham Əliyev Las-Veqasda çoxsaylı insanın həlak olması ilə bağlı ABŞ prezidenti Donald Trampa başsağlığı verib.
Başsağlığında deyilir:
“Las-Veqas şəhərində keçirilən musiqi festivalı zamanı insanların qəddarcasına atəşə tutulması nəticəsində çoxsaylı tələfat və yaralananlar barədə xəbər məni son dərəcə sarsıtdı.
Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
Azərbaycan Xarici İşlər Nazirliyi də başsağlığı teleqramı göndərib.
Nazirlik həmçinin bildirir ki, hadisə yerində Azərbaycan vətəndalarının olub-olmaması ölkənin Los Ancelesdəki Baş konsulluğu tərəfindən araşdırılır.