Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Myanmadakı vəziyyətlə bağlı açıqlama yayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi (XIN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Myanmadakı vəziyyətlə bağlı açıqlama yayıb.
«Myanmada rohinca müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığımızı ifadə edirik. Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik», - XİN sözçüsü vurğulayıb
Myanmada 2012-ci ildən müsəlmanlara qarşı zorakılıqların baş verdiyi bildirilir. Məlumatlara görə, son illər 120 mindən çox rohinca müsəlmanı didərgin düşüb, bir çox insanlar isə kütləvi şəkildə qətlə yetiriliblər.