Avropa Şurasının Azərbaycan məruzəçisi Mehman Əliyevin azadlığa buraxılmasına çağırır

Ştefan Şennak Turan agentliyinin direktorunun həbsini pisləyib

Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak Turan agentliyinin direktoru Mehman Əliyevin həbsini pisləyib.

“Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi kimi mən Turan agentliyinin təsisçisi Mehman Əliyevin azadlığa buraxılmasına çağırıram”, - o, Twitterdə öz mikrobloqunda yazıb.