Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini Aİ-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edib. Bu, litvalı Kestutis Yankauskasdır.
Bundan öncə o, Aİ-nin Gürcüstanda monitorinq missiyasının rəhbəri olub.
K.Yankauskas Aİ-nin Bakı missiyasının rəhbəri postunda Malena Mardı əvəz edəcək.