Qiyas İbrahimov və İlkin Rüstəmzadənin ad günündə fləş-mob keçirilib [Foto]

Qiyas İbrahimov və İlkin Rüstəmzadənin ad günündə fləş-mob keçirilib

Hər iki fəal vicdan məhbusu kimi tanınıb

Avqustun 3-ü Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınan NİDA Vətəndaş Hərəkatının fəalları Qiyas İbrahimov və İlkin Rüstəmzadənin ad günüdür.

Qiyas İbrahim

Bir qrup fəal bu məhbusların ad günü münasibəti ilə Qiyas İbrahimovun evinin qarşısında fleş-mob keçirməklə onları təbrik edib.

İlkin Rüstəmzadə (Foto Ülvi Həsənlinindir)

Eyni zamanda, hüquq müdafiəçisi Xədicə İsmayıl İlkin Rütəmzadənin həbxanadan ünvanladığı məktubunu facebook səhifəsində yayıb.

Məktubu təqdim edirik:

"Bu gun artiq 5-ci dogum gunumdur ki həbsxanada qeyd edirəm. Çətin deyil desəm saxtakarlıq etmiş olaram, amma dözulə biləndir. Dözüləsi mmümkün olmayan unudulmaqdir. Buna gorə də unutmayan dostlara təşəkkür edirəm. Ən çox sevdiyim mahnının sözlərini onlar üçün yazıram:

Ne vaxt ki sən
Fırtınaya qarşi gedirsən
Başını uca tut

Və qaranlığa görə narahat olma
Fırtınanın sonunda
Qızıllı səma parlayacaq

Və quşların gözəl nəğməsi.
Küləyə qarşı irəlilə

Yağışın içi ilə irəlilə
Qəlbində böyük inamla irəlilə
Baxmayaraq ki, sənin xəyalların
Tərk edilmiş ve solqundur
Get get get
Sən heç vaxt tək getməyəcəksən".

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunub. Ancaq onları qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək hər birini 10 il azadlıqdan məhrum ediblər.

İlkin Rüstəmzadə isə 2014-cü il mayın 6-da saxlnılıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 8 il azadlıqdna məhrum edilib.

O, Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunur.