Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası beynəlxalq təşkilatlara müraciət edib
"Cəbhə xəttinin Talış kəndi istiqamətində Ermənistan hərbçilərinin saxladığı Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin azad edilməsi məqsədilə beynəlxalq təşkilatlar məlumatlandırılıb".
Bu barədə Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fevralın 2-də yaydığı məlumatda deyilir.
Komissiya Ermənistan tərəfinin saxladığı Azərbaycan vətəndaşının qaytarılmasından ötrü zəruri tədbirlərin görüldüyünü bildirir.