O özü isə siyasi motivlərlə həbs olunduğunu bəyan edib
Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Dövlət ittihamçısı məhkəmədən gənc fəalın 6 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə yanvarın 11-də müdafiə tərəfinin çıxışı ilə davam edəcək.
Elgiz Qəhrəmanlı avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qəti imkan tədbiri seçilib.
Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar.
O özü isə siyasi motivlərlə həbs olunduğunu bəyan edib.