ABŞ-ın Azərbaycandakı səfiri Milli Məclisin sədri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

Bu barədə məlumat səfirliyin twitter səhifəsində qeyd edilib.

Məlumatda bildirilir ki, görüşdə Milli Məclisin fəaliyyəti və gələcək planlar müzakirə olunub.