Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri davam edir

Naxçıvanda Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri davam edir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə və hissələrinin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə təlimlər keçirilir", məlumatda qeyd edilir.

Noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələrin genişmiqyaslı hərbi təlimləri başlayıb.

60 min hərbiçinin, 60 təyyarənin, helikopterin, 150 ədəd zirehli texnikanın, 700 raket və artilleriya sisteminin iştirakı ilə genişmiqyaslı təlimlər noyabrın 18-dək davam edəcək.

Təlimlər ölkənin ən müxtəlif bölgələrində keçirilir.