Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Görüşdə həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrio və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.

Məlumatda deyilir ki, görüşdə sülh prosesinin sürətləndirilməsi və danışıqlarda əsaslı nəticələrin əldə olunması ətrafında müzakirələr aparılıb.

E.Məmmədyarov bildirib ki, "Ermənistanın son təxribat əməlləri, o cümlədən Azərbaycanın işğal olunmuş Ağdam rayonunda həyata keçirdiyi təlimlər danışıqlar prosesini pozmaq məqsədi daşıyır".