Milli Şura “Monarxiyaya yox!“ deyir [Fotoqalereya & Video]

Milli Şura mitinq keçirir

Milli Şura mitinq keçirir. Qurumun növbəti mitinqi sentyabrın 17-də olacaq

Milli Şura sentyabrın 17-də saat 17.00-a yeni mitinq təyin etdiyini meydanda bəyan edib. Mitinq iştirakçıları mitinq təşəbbüsünü alqışlarla qarşılayıb.

***

Əli Kərimlinin çıxışından sonra mitinqin qətnamsi elan edilib.

Qətnamədə sentaybrın 26-na təyin edilən referendumun ləğv edilməsi, köklü siyasi-iqtisadi-sosial-hüquqi islahatların başlanması, bütün siyasi məhbusların qeyd-şərtsiz azad edilməsi, pensiyaların təcili artırılması istənilir.

Your browser doesn’t support HTML5

Milli Şura mitinq keçirir

Your browser doesn’t support HTML5

Milli Şura mitinq keçirir

***

AXCP sədri Əli Kərimli çıxış edir. Ə.Kərimli çıxışına siyasi məhbuslara salam söyləməklə başladı. “Mən burda müsavatçıları, REAL-çıları, NİDA-çıları, digər birliklərin təmsilçilərini görürəm. Bizim dərdimiz azadlıqdir, demokratiyadır, daha yaxşı ölkədir. Hökumət bizim aramıza nifaq salmağa çalışdı. Ancaq indi liberallarla millətçilər, dindarlarla ateistlər bu meydanda çiyin-çiyinədir. Çünki bizi birləşdirən fərdi maraqlar yox, azad, demokratik Azərbaycan amalıdır. Biz ki, bu yola addım atmışıq, yolu yarımçıq qoymağa haqqımız yoxdur. Bu gün həbsxanalarda 100-dən artıq siyasi məhbus var. Bizim əvvəlki mitinqlərimizin əsas təşkilatçılarından, mənim müavinim Fuad Qəhrəmanlı həbsdədir. Başqa müavinlərim Seymur Həzi, Asif Yusifli həbsdədir. Məmməd İbrahim həbsdədir. Mətanətli İlkin Rüstəmzadə həbsdədir. REAL Hərəkatının rəhbəri İlqar Məmmədov uydurma ittihamlarla həbsdədir, Müsavat başqanının müavini Fərəc Kərimli, ləyaqətli dindarlarımız həbsdədir. Bu mitinq xalq hərəkatının başlanğıcıdır. Monarxiyaya yox, talana son bizim ümumi şüarımızdır. Bizim yox dediyimiz başqa məsələlər də var. Büdcənin talan edilməsinə, dövlət ehtiyatlarının tükədliməsinə, neft pullarının oğurlanmasına yox deyirik. Bir tərəfdə səfalətə düçar etdikləri xalq var, digər tərəfdə Avropadakı muzeyləri təmir etdirən bir qrup harın var. Biz bu soyğunçuluğa, bu harınlığa yox deyirik. Biz dövlət orqanlarımızın xalqa xidmət etməsini istəyirik. Xəstəxanaya yaxınını aparan qorxu içindədir. Biz sağlamlıq vermək əvəzinə qatilə çevrilmiş səhiyyə sisteminə yox deyirik. Bu gün ölkəin təhsil sistemi təhsilsizliyə xidmət edir. Biz balalarımızı təhsilsiz qoyan təhsil sisteminə yox deyirik. Biz repressiya aparatına çevrilmiş polis işgəncələrinə yox deyirik. Dünyanın hər yerində insanlar ədaləti məhkəmələrdə axtarır. Bizdə də belə olacaq. Biz bazara çevrilmiş məhkəmə sisteminə yox deyirik. Əziz həmvətənlər, torpaq bizim üçün müqəddəsdir. Amma biz Azərbaycan əsgərlərə, qazilərə, şəhid ailələrinə olan biganəliyə, insafsızlığa yox deyirik. Bizim gənc balalarımız yalnız torpaq uğrunda şəhid ola bilərlər. Amma biz daha çox qanunsuzluğun, özbaşnalığın qurbanı olan şəhidləri görürük. Biz əsgər ölümünə yox deyirik”.

Your browser doesn’t support HTML5

AXCP sədri Əli Kərimli çıxış edir

Your browser doesn’t support HTML5

Milli Şura mitinq keçirir

Ə.Kərimli referendumla da bağlı fikirlərini bölüşdü:

"Azərbaycanın ali qanunu 3-cü dəfədir ki, dəyişdirilir. 2012-ci ildə Konstitusiyanı dəyişdilər onun müddətsiz seçilməsinə maneçilik olmasın. İndi də Konstitusiyanı İlham Əliyevin hakimiyyətini möhkəmləndirmək üçün dəyişmək istəyirlər. Biz Azərbaycanda monarxiya yaradılmasına, sülalə hakimiyyətinin davamlı olmasına yox deyirik".

Milli Şuranın mitinqini açan AXCP Gənclər Komitəsinin rəhbəri İlham Hüseyn

***

AXCP-nin Xətai rayon təşkilatının həbsdə olan fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədli çıxış edir.

“Bu gün Fuad Əhmədli, Fuad Qəhrəmanlı, Faiq Əmirli bu meydandadır. Övladlarımız zülmə əyilmir. Bunlar anlamır ki, gəncləri həbsə salmaqla, onları yaxınlarıyla görüşünə mane olmaqla özlərinə qəbr qazan hazırlayırlar. Qərbə müraciət edirəm. Bizə kömək lazım deyil. Bizə köməyiniz o olar ki, diktatorların başına sığal çəkməyin”.

Your browser doesn’t support HTML5

Milli Şura mitinq keçirir

Milli Şuranın mitinqi davam edir

NİDA Vətəndaş Hərəkatının nümayəndəsi Ülvi Həsənli mitinqdə çıxışında deyib ki, siyasi məhbuslar dərhal azad edilməlidir.

Your browser doesn’t support HTML5

NİDA Hərəkatının nümayəndəsi Ülvi Həsənli

“Məhkəmələrin müstəqilliyi təmin olunmalı, azad mediaya, vətəndaş cəmiyyətinə basqılara son qoyulmalıdır. Əks halda durum çox ağır olacaq”.

Milli Şura mitinq keçirir

***

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli çıxışına aksiya iştirakçılarını salamlamaqla başladı: “Bizim gözləntilərinimiz ünvanı sizsiz. Bizim Sizdən başqa müraciət ünvanımız yodur”.

Your browser doesn’t support HTML5

Gültəkin Hacıbəyli çıxış edir

Milli Şura mitinq keçirir

***

Mitinq keçirilən ərazidə internet və mobil rabitə problemi var. Bütün telefonlarda rabitə dayanıb

***

AXCP sədri Əli Kərimli mitinqdə təxribatlar ola biləcəyi haqda xəbərdarlıq edib.

“Bu dəqiqələrdə aldığımız bilgilərə görə, burdakı qələbəlikdən narahat olan hakimiyyət səviyyəsiz təxribatlar planlayır. Burdan hökumətə səslənirəm ki, təxribatı siz planlayırsınız və məsuliyyəti də sizin üzərinizdədir”, deyə AXCP sədri hökumətə səslənib.

“Bu təxribat söz-söhbətləri burdakı minlərlə cəsur insanı qorxuda bilməz” - deyən Ə.Kərimli mitinq iştirakçılarından xahiş edib ki, hər hansı təxribat cəhdi olarsa, onu edənləri saxlayıb polisə təhvil versinlər.

***

Bunu Milli Şuranın mitinqini açan AXCP Gənclər Komitəsinin rəhbəri İlham Hüseyn deyib.

O deyib ki, hökumətdəkilər bu problemləri görmək, çözmək əvəzinə, özlərinə sərvət toplayırlar, obyektlər yaradırlar:

Milli Şuranın mitinqini açan AXCP Gənclər Komitəsinin rəhbəri İlham Hüseyn

***

Bakıda Milli Şuranın sentyabrın 26-da keçiriləcək Konstitusiya dəyişikləri ilə bağlı referendumun keçirilməsinə etiraz olaraq mitinq başlayıb.

Mitinqdə Azərbaycanın dövlət himni səsləndirilib.

Etiraz aksiyasında “Çörək baha, ət baha, yemək tapmır xalq daha”, “Əmək haqqı 105 manat, təhsil haqqı 4000 min manat”, “Azərbaycan intiharlar ölkəsi”, “Biz kölə deyilik”, “Yox deyirəm”, “Lazım” Qarabağa nə vaxt gələcək?”, “Siyasi məhbuslara azadlıq”, “Dəstək olaq doğruya, lənət olsun oğruya”, “Yalançı da hökumət, Gülənçi də hökumət” şüarları qaldırılıb.

***

Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı etiraz mitinqi keçirilir.

Milli Şura mitinq keçirir

Mitinq Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) olacaq.

Aksiya saat 17.00-dan 19.00-a qədər elan olunub. Mitinqin əsas şüarı “Monarxiyaya yox! Talana son!”dur.

Milli Şura hesab edir ki, dəyişikliklərdə məqsəd respublikadan monarxiyaya keçidi və hakim ailə üzvilərinin hakimiyyətdə təmsilçiliyini təmin etməkdir.

Hakimiyyət rəsmiləri isə Konstitusiya dəyişiklərini zamanın tələbi adlandırıblar. Onların fikrincə, bu dəyişikliklər dövlətin təhlükəsizliyinə, islahatların sürətləndirilməsinə xidmət edir.

Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edəcək.

Sentyabrın 9-da isə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinqinin təşkilatçıları Vahid Məhərrəmli, Eldəniz Quliyev və İbrahim İbrahimli sentyabrın 9-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar.

Polis generalı aksiya iştirakçılarının qanuna zidd hərəkətlərə yol verməməsi barədə təşkilatçılara xəbərdarlıq edib.

Milli Şura mitinq keçirir

Your browser doesn’t support HTML5

Milli Şura mitinq keçirir

Your browser doesn’t support HTML5

Milli Şura mitinq keçirir