Müsavat Partiyası sentyabrın 18-nə mitinq təyin edib

Müsavat partiyası

Müsavat Partiyası sentyabrın 18-nə mitinq təyin edib.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə deyib.

O bildirib ki, referendumla bağlı keçiriləcək mitinq keçmiş “Məhsul” stadionunda olacaq:

“Gələn həftə mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi planlaşdırılır. Şüarlar əsasən 26 sentyabra təyin olunmuş referendumla bağlı olacaq”, A.Hacılı qeyd edib.

Xatırladaq ki, Demokratik Qüvvələrin Milli Şurası da sentyabrın 11-də mitinq keçirmək barədə qərar qəbul edib.