AXCP fəalından iki həftədir xəbər yoxdur

AXCP fəalından iki həftədir xəbər yoxdur

Xəqani Nəsirovun tənqidi statusa görə saxlanıldığını güman edilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Xəqani Nəsirovun harada olması barədə artıq iki həftədir xəbər yoxdur. Bu barədə Amerikanın Səsinə AXCP Gənclər Komitəsindən bildirblər.

“AXCP iyunun 23-dən etibarən AXCP üzvü Xəqani Nəsirovdan xəbər ala bilmir. Telefonuna zəng çatmır. Qeydiyyatda olduğu ərazinin polis idarəsi ilə dəfələrlə əlaqə yaradılsa da, ondan bir məlumat almaq mümkün olmayıb. Təcrübəyə əsasən güman etmək olar kı Xəqani Nəsirov polis tərəfindən saxlanılıb”. AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn Amerikanın Səsinə bildirib.

“Xaqani Nəsirov facebook profilində sərt tənqidi statuslar və katikaturalar yaydığına görə saxlanıldığı güman edilir. Belə ki, o facebook səhifəsində Formual 1 Avropa Qran Prisinin Bakıda keçirilməsini kəskin tənqid edən status və karikaturalar yayıb.

"Facebookda 'Susma' adlı profildə 'Sosial şəbəkələrin söyüş və təhqir kralı Xəqani Nəsirov' başlıqlı fotokollaj yayılıb. Həmin kollajda Nəsirovun tualet təmizləyən yerdə fotosu əks olunub. Gənclər Komitəsi hesab edir ki, insanlar belə hallara saxlama yerlərində məcbur edilir”, AXCP Gənclər Komitəsinin məlumatında deyilir.

Öz növbəsində, Xəqani Nəsirovun ailəsi ilə əlaqə saxlamaq mümkün deyil və onlar övladları barədə məlumat yaymayıb.

AXCP fəalının taleyi ilə bağlı rəsmi qurumlardan da məlumat almaq mümkün olmayıb.