Rusiya xarici İşlər naziri rəhbəri Sergey Lavrov iyulun 4-də Yerevana səfər edəcək və orada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparacaq. Lavrov sonra Bakıya gələcək və burada danışıqlar aparacaq.
Bu barədə Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
Nazir qeyd edib ki, prezidentlər səviyyəsində Dağlıq Qarabağ üzrə növbəti görüşün keçirilib-keçirilməyəcəyi Lavrovun səfərindən asılı olacaq.