Robert Sekuta: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir

Robert Sekuta

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir. Bu barədə ABŞ-ın Bakıdakı səfirli Robert Sekuta ABŞ səfirliyinin "Twitter" səhifəsində yazıb.

Diplomat münaqişənin sülh yolu ilə həllinin vacibliyini bir daha vurğulayıb.

Xatırladaq ki, iyunun 21-də Sankt-Pterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev, Serj Sarkisyan Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması məsləsini müzakirə edib. Prezidentlər görüşlərin davam etdirilməsi barədə razılığa gəlib.