Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən iyunun 20-dən "İŞIK-2016" beynəlxalq axtarış-xilasetmə təlimləri başlayıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd Mi-17 döyüş-nəqliyyat və 3 ədəd Mi-35 döyüş helikopteri müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərində yerləşən aviabazaya gəlib.
Təlimlər iyunun 30-dək davam edəcək.
Azərbaycan–Türkiyə birgə hərbi təlimləri hər il keçirilir.
"İŞIK-2016" -dan əvvəl “TurAz Qartalı/Şahini” Azərbaycan-Türkiyə birgə təlimləri 2014-cü ilin sentyabr ayından ildə iki dəfə olmaqla – Azərbaycanda və Türkiyədə iki ölkənin HHQ-nin iştirakı ilə keçirilir.