ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinə çağırır

ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinə çağırır.

Bu barədə , ATƏT-in Minsk Qrupunun həmsədrləri - amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun birgə bəyanatında deyilir.

Məlumatda qeyd ediir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tam sadiq olaraq qalırlar.

Bəyanatda bildirilıir ki, gərginliyi azaltmaq üçün (qoşunların təmas xəttində) Azərbaycan və Ermənistan prezidentlətinin görüşünün vaxtı çatıb. Həmsədr ölkələrin XİN rəhbərləri gələn həftə Vyanada görüşün təşkilinə kömək etməyə hazırdırlar.

Bəyanatın sonunda bildirilir ki, zorakılıq davam etdiyi müddətdə uğur əldə edilə bilməz və danışıqlar prosesi olmadan sülhə nail olmaq mümkündeyil:

“Biz yenidən təkrarlayırıq ki, münaqişənin hərbi yolla həlli mümkün deyil”.