Türkiyə prezidenti Azərbaycana səfər edəcək

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycana səfər edəcək.

Türkiyənin Anadolu agentliyinin yaydığı məlumata görə, Türkiyə prezidenti Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

Görüşlərdə ikitərəfli əlaqələr, Dağlıq Qarabağ münaqişəsi, regional və beynəlxalq sahədə münasibətlər əhatəli şəkildə müzakirə olunacaq.

Müxtəlif sənədlərin də imzalanması nəzərdə tutulur.