“Bank of Azerbaijan”-nın bank lisenziyası ləğv edilib

Bank of Azerbaijan

Mərkəzi Bankın İdarə Heyətinin 18 yanvar tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumata görə, “Banklar haqqında” qanuna uyğun olaraq banka müvəqqəti inzibatçı təyin edilib.

AMB bildirir ki, “Bank of Azerbaijan” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.